Kriminal

Bakıda yaşayış binasında YANĞIN baş verib - VİDEO

12 Jul 2026, 23:32 2 baxış
Bakıda yaşayış binasında YANĞIN baş verib - VİDEO
Paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik sayğacları quraşdırılan hissədə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. Bakıda yanğın baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Ərazidə yerləşən yaşayış binasının birinci mərtəbəsindəki obyektlərdən birində yanğın olub.

Hadisə nəticəsində yaralıların olduğu deyilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili tibbi yardım briqadaları cəlb olunublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər