Kriminal
Kəlbəcərdə BƏDBƏXT HADİSƏ: 11 yaşlı oğlan çaya düşdü
Kəlbəcərdə bədbəxt hadisə baş verib. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çəpli kəndi ərazisində qeydə alınıb. Belə ki, 2015-ci il təvəllüdlü Z.Abutalıbov çaydan su götürmək istəyərkən çaya düşüb. Dərhal hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Hazırda yeniyetmənin axtarışları davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az