Digər

Son 40 ildə ilk: İsraildə bu tarixdə...

12 Jul 2026, 22:32 3 baxış
Son 40 ildə ilk: İsraildə bu tarixdə...

İsraildə parlament seçkilərin tarixi oktyabrın 27-nə təsdiqlənib, hökumət tam səlahiyyət müddətini başa vuracaq.


Axar.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" portalı məlumat verib.


Ölkədə parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Son 40 ildə ilk dəfədir ki, parlament seçkiləri əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun keçiriləcək, Baş nazir Benyamin Netanyahunun hökuməti isə son 50 ildə tam səlahiyyət müddətini başa vuran ilk hökumət olacaq.


Knessetin hüquq müşaviri Sagi Afik bazar günü bildirib ki, parlament iyulun 17-də buraxılacaq və seçkilər qanunla müəyyən edilmiş ilkin tarixdə – oktyabrın 27-də keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər