Kriminal

Kürdəmirdə su borusu partladı: Altı kənd susuz qaldı

12 Jul 2026, 21:28 4 baxış
Kürdəmirdə su borusu partladı: Altı kənd susuz qaldı
Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və altı kənd susuz qalıb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb. Belə ki, diametri 500 mm olan boru partlayıb. Qəza yerinə Kürdəmir su və meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Xatırladaq ki, magistral su boru xətti bundan əvvəl martın 27-də partlayıb. Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər