Digər

Ermənilərin "Tovuz planı"nın arxasında nə dayanırdı? - VİDEO

12 Jul 2026, 21:48 4 baxış
Ermənilərin "Tovuz planı"nın arxasında nə dayanırdı? - VİDEO
Baku TV-də yayımlanan "Hərbi xronika"nın budəfəki buraxılışında 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərinin hərbi, siyasi və geoiqtisadi mahiyyəti təhlil olunub.

Bildirilib ki, bu döyüşlər təsadüfi sərhəd toqquşması deyil, Ermənistanın Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyinə, Qərbə çıxışını təmin edən strateji xətlərə təzyiq göstərmək məqsədi daşıyan hərbi avantürası idi. Vurğulanıb ki, hadisələr Nikol Paşinyanın "Qarabağ Ermənistandır" bəyanatının və Davit Tonoyanın "yeni müharibə - yeni ərazilər" doktrinasının davamı idi. Qaraqaya kimi yüksəkliklər uğrunda mübarizə isə müşahidə və atəş üstünlüyü baxımından xüsusi əhəmiyyət daşıyırdı. Qeyd olunub ki, Ermənistan qarşıdurmanı Qarabağdan şərti sərhədə daşımaqla özünü "hücuma məruz qalan tərəf" kimi göstərməyə, Rusiya və KTMT faktorunu prosesə cəlb etməyə çalışırdı. Diqqətə çatdırılıb ki, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, digər hərbçilər və mülki şəxs Əziz Əzizovun həlak olması təhlükənin yalnız hərbi mövqelərlə məhdudlaşmadığını göstərdi. Vurğulanıb ki, Tovuz döyüşləri status-kvonun yeni təxribatlar və itkilər yaratdığını göstərdi. Bu prosesin cavabı isə iki ay sonra Qarabağ cəbhəsində verildi və Azərbaycan dəyişməz qalan status-kvonu döyüş meydanında aradan qaldırdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər