Digər
Çexiyada faciə: Motoyarış zamanı iki idmançı öldü
Çexiyada "Alpe Adria International Motorcycle Championship" (AAIMC) seriyası çərçivəsində keçirilən yarış zamanı baş verən qəzada iki motosikletçi həlak olub.
Axar.az xəbər verir ki, bu barədə Avropa Motosiklet İttifaqının (FIM Europe) mətbuat xidməti xəbər yayıb.
Yarış Çexiyanın Brno şəhərində keçirilib. Qəza nəticəsində 32 yaşlı avstriyalı Filipp Ştaynmayr və 43 yaşlı rumıniyalı Adrian Rus dünyasını dəyişib. Ştaynmayr qəzadan dərhal sonra hadisə yerində, Adrian Rus isə ağır vəziyyətdə çatdırıldığı xəstəxanada vəfat edib.
Qəzadan sonra həftəsonu keçirilməsi nəzərdə tutulan bütün yarışlar ləğv edilib.
Mənbə
axar.az