Digər
Ukrayna bir gecədə Rusiyanın 14 gəmisini vurdu
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri gecə saatlarında uğurlu əməliyyat keçirərək rusların hərbi logistikasını təmin edən Rusiyaya məxsus 14 gəmini vurub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələri məlumat yayıb.
"Ukrayna PUA-larının operatorları Azov dənizinin akvatoriyasında və işğal altında olan Krım yaxınlığında düşmənin logistika obyektlərinə dəqiq zərbələr endirib",- məlumatda deyilib.
Mənbə
axar.az