Digər
Yəhudilərə hücum təhlükəsi: 300 nəfər təxliyə edildi
Paris yaxınlığındakı Sarsel kommunasının rəhbərliyi xüsusi xidmət orqanlarının yəhudi icmasına qarşı hücum təhlükəsi ilə bağlı xəbərdarlığından sonra 300 nəfəri təxliyə edib.
Axar.az xəbər verir ki, bu barədə "Europe 1" məlumat yayıb.
Məlumata görə, şənbə günü gecə saatlarında hüquq-mühafizə orqanlarına sinaqoqun yaxınlığında şübhəli avtomobil barədə məlumat daxil olduqdan sonra kinoteatrın və yaxınlıqdakı restoranların ziyarətçilərinin təxliyəsinə başlanılıb:
"Hadisə yerinə gələn istehkamçılar avtomobildə yeddi patronu olan tüfəng və on patronu olan tapança aşkar ediblər".
Mənbə
axar.az