Cəmiyyət

Samur-Abşeron kanalında 1 nəfər batdı

12 Jul 2026, 18:01 23 baxış
Samur-Abşeron kanalında 1 nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.


FHN Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.


Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.


Əlavə məlumat veriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər