Almaniyadan inanılmaz təşəbbüs: Ukraynaya 50 min PUA....
Almaniya Ukraynaya 50 min zərbə tipli pilotsuz uçuş aparatının (PUA) tədarükünü maliyyələşdirəcək. Bu, Qərb ölkələri tərəfindən Kiyevə ayrılan ən böyük məlum PUA sifarişlərindən biri hesab olunur.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, sifarişə Ukraynanın iri istehsalçılarından biri olan “SkyFall” şirkətinin istehsal etdiyi “Shrike” dronları daxildir. Bu pilotsuz aparatlara ABŞ-ın müdafiə texnologiyaları sahəsində ixtisaslaşmış "Auterion" şirkətinin proqram təminatı quraşdırılıb. Həmin proqram təminatı uçuşun son mərhələsində hərəkətdə olan hədəfləri avtonom şəkildə izləmək və məhv etmək üçün nəzərdə tutulub.
Auterion şirkətinin baş icraçı direktoru Lorens Mayer müqavilənin mövcudluğunu təsdiqləyib. Onun sözlərinə görə, müqavilənin dəyəri təxminən 90 milyon avro (103 milyon ABŞ dolları) təşkil edir və maliyyələşdirmə Avropa ölkələrindən biri tərəfindən həyata keçirilir.