Dünya

Türkiyədə nazirin üç "tanışı" qadını aldadıb 100 min dollarını aldılar - VİDEO

14 Aug 2026, 13:36 2 baxış
Türkiyədə nazirin üç "tanışı" qadını aldadıb 100 min dollarını aldılar - VİDEO
Özlərini Milli Kəşfiyyat Təşkilatının (MİT) işçiləri kimi qələmə verərək, Türkiyənin ədliyyə naziri Akın Gürlek və nazir müavinləri ilə tanışlıqlarının olması görüntüsünü yaradan və bir vətəndaşın hüquqi problemini həll edəcəklərini bildirən üç nəfərə qarşı əməliyyat həyata keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunur ki, bu şəxslər qətl törətməkdə ittiham olunan bir nəfəri məhkəmə işindən kənarlaşdıracaqlarına söz verərək, onun anasından 100 min dollar və 100 min türk lirəsi məbləğində pul alıblar. İstanbul Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosunun apardığı istintaq tədbirləri nəticəsində Süleyman Solgun, Gökhan Hüseyin Sarıcı və Abdullah Doğan saxlanılaraq istintaqa cəlb ediliblər. Hazırda bu şəxslərlə bağlı hüquqi prosedurlar davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər