Digər

Bu ərəb ölkəsində dörd günlük matəm elan olundu

12 Jul 2026, 18:23 28 baxış
Bu ərəb ölkəsində dörd günlük matəm elan olundu

Qətərdə keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar iyulun 12-dən etibarən dörd günlük ümummilli matəm elan olunub.


Axar.az xəbər verir ki, bu barədə Qətər əmirinin dəftərxanası məlumat yayıb.


Məlumata görə, matəm günlərində dövlət bayraqları yarıyadək endiriləcək, iyulun 13-dən isə nazirliklər və digər dövlət qurumlarının fəaliyyəti müvəqqəti dayandırılacaq. Dövlət qulluqçuları iyulun 19-da işə qayıdacaqlar.


Qeyd edək ki, Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib. O, 1995-2013-cü illərdə Qətərə rəhbərlik edib və 2013-cü ildə hakimiyyəti oğlu, indiki əmir Şeyx Təmim bin Həməd Al Taniyə təhvil verib.

Mənbə axar.az

Oxşar Xəbərlər