Digər
Ruslar 100 km dərinliyə kimi hər yeri vuracaqlar
Ruslar 100 km dərinliyə qədər hər şeyə hücum edəcəklər.
Axar.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnıy deyib.
“Təkcə hərbi obyektlər deyil, həm də mülki infrastruktur: yanacaqdoldurma məntəqələri, poçt şöbələri, anbarlar, fabriklər, kənd təsərrüfatı və tikinti texnikası bazaları, dəmir yolu obyektləri, magistral yollar və elektrik yarımstansiyaları zərbəyə məruz qala bilər”, - müşavir bildirib.
Mənbə
axar.az