Digər

Gürcüstanda güclü yağışlar: Bu şəhər su altında qaldı

12 Jul 2026, 13:45 31 baxış
Gürcüstanda güclü yağışlar: Bu şəhər su altında qaldı

Gürcüstan ərazisində yağan güclü leysan yağışları ciddi problemlər yaradıb.


Axar.az xəbər verir ki, ən böyük ziyan Telavi bələdiyyəsinə dəyib.


Yağan güclü yağış nəticəsində Telavi dərəsində suyun səviyyəsi qalxıb və dərə yatağı daşıb. Güclü sel nəticəsində Kavkasioni və Alazani prospektlərinin bəzi hissələri su altında qalıb.


Binaların birinci mərtəbələrini, ticarət məkanlarını su basıb. Avtomobillərə ziyan dəyib. Elektrik xətləri sıradan çıxıb.

Mənbə axar.az

Oxşar Xəbərlər