Digər

Qətərin keçmiş əmiri öldü

12 Jul 2026, 11:05 20 baxış
Qətərin keçmiş əmiri öldü

Qətərin keçmiş əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə əs-Sani 74 yaşında vəfat edib.


Axar.az xəbər verir ki, bu barədə əmirin ofisi X sosial media platformasında məlumat yayıb.


Rəsmi açıqlamada Həməd bin Xəlifə əs-Saninin bazar günü səhər vəfat etdiyi bildirilib. Ofis onun ölümünü ölkə üçün böyük itki adlandırıb.


Şeyx Həməd bin Xəlifə əs-Sani 1995-2013-cü illərdə Qətərə rəhbərlik edib.

Mənbə axar.az

Oxşar Xəbərlər