Hörmüz boğazı ödənişli ola bilər, lakin bu şərtlə...
Avropa ölkələri Hörmüz boğazından keçən gəmilər üçün könüllü olmaq şərti ilə rüsum ödəmək imkanını nəzərdən keçirirlər.
Axar.az xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.
Qeyd edilib ki, Avropa paytaxtları hesab edir ki, rüsumun ödənilməsi könüllü olmalı və BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən tənzimlənməlidir.
Avropa Malakka boğazındakı vəziyyətdən model kimi istifadə etməyi təklif edir. Belə ki, sözügedən boğazda su yolundan tranzit pulsuzdur, lakin ölkələr və özəl şirkətlər sahil dövlətlərinə boğazda patrul xidməti və orada ekoloji təhlükəsizliyin təmin edilməsi xərclərini ödəməyə kömək edən xüsusi fondlara könüllü ianələr edirlər.
Məlumata görə, oxşar təklif Oman tərəfindən Britaniya vəkilləri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Oman hakimiyyəti planın ətraflı müzakirələri üçün hüquq mütəxəssislərini Tehrana göndərməyə hazırdır.