Digər

Jurnalistlər Trampın təyyarəsi ilə bağlı məhkəməyə çağırıldı

12 Jul 2026, 00:02 4 baxış
Jurnalistlər Trampın təyyarəsi ilə bağlı məhkəməyə çağırıldı

ABŞ Ədliyyə Nazirliyi “Nyu York Tayms” qəzetində dərc olunan ABŞ liderinə Qətər tərəfindən hədiyyə edilən yeni "Bir nömrəli təyyarə" (Air Force One) ilə bağlı məqalədən sonra bir neçə jurnalistə məhkəmə çağırışı göndərib.


Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.


Qəzetin məlumatına görə, jurnalistlər Manhetten federal münsiflər heyəti qarşısında ifadə verməyə çağırılıb.


Qəzetin baş hüquqşünası Deyvid Mak Krou bildirib ki, jurnalistlərin evlərinə federal agentlərin göndərilməsi mətbuat azadlığına inanan hər kəsi narahat etməlidir:


“Məhkəmə çağırışlarında jurnalistlərin konkret hansı qanun pozuntusu ilə bağlı ifadə verməli olduqları göstərilməyib. Sənəddə yalnız mümkün qanun pozuntusu ilə bağlı ifadə tələb edildiyi qeyd olunub”.


Məqalə dərc olunmazdan əvvəl Federal Təhqiqatlar Bürosu (FTB) milli təhlükəsizlik səbəbi ilə materialın yayımlanmasının dayandırılmasını və qəzetin məlumat mənbələrini açıqlamasını tələb edib. Qəzet isə bu tələbləri yerinə yetirməyib.


Qeyd edək ki, Ağ Ev və Manhetten prokurorluğu məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər