Kriminal
Zaqatalada minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var
Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadla xəbər verir ki, qəza saat 22 radələrində Zaqatala şəhərinin girişində, Faiq Əmirov küçəsində qeydə alınıb. İlkin məlumata əsasən, minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslərin müayinəsi aparılır və kimlikləri dəqiqləşdirilir. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə
oxu.az