Kriminal

Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatı

11 Jul 2026, 19:36 2 baxış
Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatı

Ucarda 16 yaşlı Əlisafa Hacıyevin suda batmasının təfərrüatı məlum olub.


Axar.az xəbər verir ki, bu barədə Report-a gəncin əmisi Hikmət Hacıyev bildirib.


Onun sözlərinə görə, ailə üzvləri hadisə ilə bağlı məlumatı axşam saat 21:00 radələrində alıblar:


"Əlisəfa yaşıdları ilə Qazyan arxına çimməyə gedib. O, burulğana düşərək batıb. Bütün gecəni axtardıq. Kənd sakinləri FHN-in qaynar telefon xəttinə zəng elədilər, dalğıclar göndərildi. Kənd sakinləri, xilasedicilər, dalğıclar, hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər oldular və Əlisəfanın meyitini tapıb verdilər. Onun meyiti batdığı yerdən təqribən 150 metr aralıdan tapıldı".


Əmisi deyib ki, Ə.Hacyev 9-cu sinfi bitirib, hərbçi olmaq istəyirmiş. O, ailənin tək oğul övladı idı. Gənc ilk dəfə imiş yaşıdları ilə Qazyan arxına çimməyə gedibmiş.


Xatırladaq ki, hadisə iyulun 10-da olub. 2010-cu il təvəllüdlü Əlisafa Məhəmməd oğlu Hacıyev Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində boğulub.

Mənbə axar.az

Oxşar Xəbərlər