Kriminal
Xaçmazda avtomobil HOVUZA DÜŞDÜ: ÖLƏN VAR
Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində su hovuzuna içərisində bir nəfərin olduğu avtomobil düşüb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunublar. Dalğıclar tərəfindən qaldırıcı kranın köməyi ilə avtomobil və içərisində olan 1957-ci il təvəllüdlü Rafiq Paşa oğlu Kərimovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə
oxu.az