Kriminal

Müşfiqabadda yaşayış binasında yanğın olub

10 Jul 2026, 21:48 3 baxış
Müşfiqabadda yaşayış binasında yanğın olub
Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yanğın hadisəsi baş verib. -ın məlumatına görə, hadisə qəsəbədə yerləşən 19 nömrəli beşmərtəbəli yaşayış binasının şaxtasında qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb və alov tamamilə söndürülüb.
Mənbə oxu.az