Kriminal

Köməksiz vəziyyətdə qalan vətəndaşlar XİLAS EDİLDİLƏR - VİDEO

10 Jul 2026, 20:48 25 baxış
Köməksiz vəziyyətdə qalan vətəndaşlar XİLAS EDİLDİLƏR - VİDEO
Balakən rayonunun Talalar kəndində fərdi yaşayış evində vətəndaşlar köməksiz vəziyyətdə qalıblar. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, fərdi yaşayış evinin giriş qapısının və ətrafındakı konstruktiv elementlərin uçması nəticəsində sakinlər içəridə köməksiz vəziyyətdə qalıblar. Yanğınsöndürən-xilasedicilər evin girişində uçqun nəticəsində yaranan maneələri aradan qaldıraraq vətəndaşların təxliyəsini təmin ediblər.
Köməksiz vəziyyətdə qalan vətəndaşlar XİLAS EDİLDİLƏR - VİDEO
Mənbə oxu.az