Kriminal
Ağstafada ağır qəza: Avtomobil su arxına düşdü
Ağstafanın Həsənsu kəndi ərazisində iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. -ın məlumatına görə, qarşı-qarşıya hərəkətdə olan nəqliyyat vasitələrinin toqquşması nəticəsində zərbənin şiddətindən maşınlardan biri yoldan çıxaraq su arxına düşüb. Hadisə nəticəsində hər iki sürücü -1970-ci il təvəllüdlü Hicran Əmiraslanov və 1978-ci il təvəllüdlü Vüsal İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. İlkin tibbi müdaxilədən sonra onların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Mənbə
oxu.az