Kriminal

Bakıda partlayışda xəsarət alan ər-arvad xəstəxanada ÖLDÜLƏR

10 Jul 2026, 17:20 30 baxış
Bakıda partlayışda xəsarət alan ər-arvad xəstəxanada ÖLDÜLƏR
Bakıda baş verən partlayışda xəsarət alan ər-arvad dünyasını dəyişiblər. Oxu.Az-ın məlumatına görə, partlayış nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Pərvin İsrafilov və onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Arzu İsrafilova xəstəxanada vəfat ediblər. Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 4-də Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar xəsarət alan şəxslərdən 2011-ci il təvəllüdlü yeniyetmənin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. "Aparılan reanimasiya tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq 1984-cü il təvəllüdlü kişinin və 1990-cı il təvəllüdlü qadının bioloji ölüm faktı qeydə alınıb", - deyə TƏBİB-dən bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər