Digər

Alyaskada ABŞ-ın kompromis təklifləri ilə razılaşdıq

07 Jul 2026, 17:04 12 baxış
Alyaskada ABŞ-ın kompromis təklifləri ilə razılaşdıq

Rusiya ötən il Alyaskanın Ankoric şəhərində keçirilən görüşdə ABŞ-ın kompromis təkliflərini qəbul edib.


Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib.


Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Moskvanın əldə olunan razılaşmalara sadiq qaldığını açıq şəkildə bəyan edib:


“Putin xatırladıb ki, ötən il iyulun 15-də Alyaskanın Ankoric şəhərində bizə kompromis təkliflər təqdim olunmuşdu. Düşündükdən sonra həmin təkliflərlə razılaşdıq. Bununla bağlı digər yozumları yersiz hesab edirəm. Həmin görüşdə ABŞ tərəfi Rusiyaya Ukrayna Prezidenti Vladimir Zelenskinin Vaşinqtonun tövsiyələrinə əməl edəcəyini bildirib”.

Mənbə axar.az

Oxşar Xəbərlər