Cavan qalmaq üçün hər şey edən Conson xəstəliyə yoluxdu
Amerikalı sahibkar, “biohaker” kimi tanınan 48 yaşlı Brayan Consonda autoimmun qastrit aşkarlanıb.
Axar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.
“Mənim mədəm öz-özünü yeyir. Bu xəstəlik 2-5% insanda var, lakin ola bilsin ki, göstərici daha yüksəkdir, çünki xəstəlik özünü məharətlə gizlədir”, - o bildirib.
Conson əlavə edib ki, tibb hazırda bu xəstəliyin müalicəsini tapmağa çalışır:
“Müasir tibb hələlik yalnız xəstəliyin əlamətlərini nəzarət altına almağa qadirdir”.
Qeyd edək ki, autoimmun qastrit immun sisteminin mədənin selikli qişasına “hücum etməsi” ilə xarakterizə olunur və zamanla Vitamin B12 çatışmazlığı, anemiya və həzm problemlərinə səbəb ola bilər.
Xatırladaq ki, Brayan Conson gənc qalmaq üçün ildə milyonlarla dollar xərcləyir.