Digər
Tramp Türkiyəyə gəlir: ən çox izlənilən təyyarə - Foto
ABŞ Prezidenti Donald Trampı daşıyan, üzərində AF1 çağırış işarəsi olan prezident təyyarəsi NATO Liderlər Zirvəsi üçün Türkiyəyə yola düşüb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Ankaraya enişi gözlənilən “Boinq VC-25” eyni zamanda minlərlə insan tərəfindən dünyanın ən çox izlənilən uçuşu olub.
Təyyarənin marşrutunu eyni vaxtda 5000-dən çox insan canlı izləyir.
Mənbə
axar.az