Digər

ABŞ-da məşhur influenser qətlə yetirildi - Video

07 Jul 2026, 10:12 30 baxış
ABŞ-da məşhur influenser qətlə yetirildi - Video

"DreamDoll Bri" ləqəbi ilə tanınan məşhur influenser Brianna Conson Amerikanın Florida ştatının cənubunda öz avtomobilində silahlı hücuma məruz qalaraq qətlə yetirilib.


Kult.az Oxu.az-a istinadla xəbər verir ki, sosial şəbəkədə təxminən yarım milyon izləyicisi olan 21 yaşlı Conson iyulun 5-i səhər saatlarında Miramar şəhərində "Lamborghini Urus" markalı yolsuzluq avtomobilini idarə edərkən ona yaxınlaşan ağ rəngli sedan tipli maşından naməlum şəxslər tərəfindən atəş açılıb. Hadisə vaxtı nəqliyyat vasitəsində olan digər iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Cinayətkarların kimliyi və hadisənin başvermə səbəbləri barədə hələlik heç bir rəsmi məlumat verilmir.


Qeyd edək ki, bir müddət əvvəl "Gun Violence Archive" qeyri-hökumət təşkilatı ABŞ-da Müstəqillik Gününün qeyd olunduğu üç gün ərzində odlu silahdan açılan atəş nəticəsində 100 nəfərin öldüyünü, daha 340 nəfərin isə yaralandığını açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər