Digər

AB Rusiyaya görə 3 trilyon avro itirə bilər

07 Jul 2026, 10:34 21 baxış
AB Rusiyaya görə 3 trilyon avro itirə bilər

AB-nin Rusiya enerji resurslarından imtina etməsi nəticəsində ümumi iqtisadi itkiləri 3 trilyon avroya çata bilər.


Axar.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Rusiyanın AB-dəki daimi nümayəndəliyinə istinadla məlumat yayıb.


“Brüsselin Rusiya ilə əlaqələri kəsmək siyasətinin nəticələrini həm şirkətlər, həm də adi vətəndaşlar tam şəkildə hiss ediblər. 2026-cı ilin yanvar-aprel aylarında Rusiya ilə AB arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% azalıb. Bunun nəticəsində enerji qiymətləri kəskin artıb, enerji resursları bahalaşıb, əhalinin həyat səviyyəsi aşağı düşüb, həmçinin bir sıra sənaye müəssisəsi bağlanıb və ya fəaliyyətlərini AB hüdudlarından kənara köçürüb”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər