Siyasət
İlham Əliyev Artur Piter Mutarikaya təbrik məktubu göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu göndərib. Oxu.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir: "Malavi Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan-Malavi əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişaf edəcək və genişlənəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Mənbə
oxu.az