Digər
Rusiyaya hücumlar: ABŞ kəşfiyyatı Ukraynaya belə yardım edir...
ABŞ kəşfiyyatı Ukraynaya Rusiya ərazisində yerləşən hədəflərə zərbələr endirməkdə kömək edir.
Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Ukrayna hərbçilərinə hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün ən optimal marşrutları seçməkdə kömək edir:
"ABŞ kəşfiyyatı da bu prosesdə öz rolunu oynayıb və Kiyevə pilotsuz uçuş aparatları üçün ən optimal uçuş marşrutlarını müəyyənləşdirməyə kömək edib. Rusiya neft infrastrukturuna hücumlar Ukraynanın Rusiyanın enerji, logistika və sənaye sistemini zəiflətməyə yönəlmiş sistemli strategiyasına çevrilib".
Mənbə
axar.az