Digər
Makronun prezidentlikdən sonrakı planı açıqlandı
Fransa Prezidenti Emmanuel Makron prezidentlik müddəti bitdikdən sonra milyarder Xaviyer Nielin biznes imperiyasında onun üçün xüsusi yaradılacaq vəzifəni tuta bilər.
Axar.az xəbər verir ki, bu barədə "Le Journal du Dimanche" məlumat yayıb.
Məlumata görə, Makronun bu addımı ictimai diqqət mərkəzində qalmasına və 2032-ci ildə yenidən böyük siyasətə qayıtmasına şərait yaratmaq məqsədi daşıyır.
Qeyd edək ki, milyarder Xaviyer Niel Fransanın tanınmış iş adamı və texnologiya investorudur.
Mənbə
axar.az