Digər

Ermənipərəst Pelosinin əri qəza törədib qaçdı

05 Jul 2026, 15:21 2 baxış
Ermənipərəst Pelosinin əri qəza törədib qaçdı

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin əri Pol Pelosi Kaliforniyanın Napa dairəsində qəza törədib qaçmaqda ittiham olunur.


Axar.az xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.


Napa Şəhər Şerif Ofisinin məlumatına görə, şahidlərdən biri cümə günü yerli vaxtla saat 14:30 radələrində (Bakı vaxtı ilə 01:30) Yountville ərazisində bir avtomobilin park edilmiş nəqliyyat vasitəsi ilə toqquşduğunu bildirib.


Qeyd olunub ki, kabrioletin sürücüsü əvvəlcə qısa müddətə dayanıb, sonra isə hadisə yerini tərk edib. Həmin şəxsin 86 yaşlı Pol Pelosi olduğu məlum olub.


Müstəntiqlər onun "Nəyisə vurdum, amma nə olduğunu bilmədim" dediyini və sonra sürməyə davam etdiyini bildiriblər.


Onun alkoqol testinin nəticəsi mənfi çıxıb. Pelosi həbs olunmayıb, lakin iş Napa Rayon Prokurorluğuna göndəriləcək. Standart prosedurun bir hissəsi olaraq, onun sürücülük yararlığına yenidən baxılması üçün müraciət də təqdim ediləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər