Digər

Rusiya Konstantinovkanı işğal edib? – Zelenksidən reaksiya

04 Jul 2026, 16:40 3 baxış
Rusiya Konstantinovkanı işğal edib? – Zelenksidən reaksiya

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Donetsk vilayətinin Konstantinovka şəhərini ələ keçirməsi ilə bağlı iddiasına münasibət bildirib.


Axar.az xəbər verir ki, prezident bu barədə Teleqram hesabında yazıb.


“ABŞ-ın Müstəqillik Günü ərəfəsində Putin dünyaya və ABŞ prezidentinə cəbhədəki vəziyyətlə bağlı yalan danışmaq qərarına gəlib. O iddia edir ki, ruslar Konstantinovkanı guya ələ keçiriblər. Əlbəttə ki, bu, doğru deyil. Bu, sadəcə, xəbərə başlamaq üçün başqa bir rus yalanıdır... Əgər Konstantinovka indi Rusiyanın nəzarəti altındadırsa, onda Putin yəqin ki, orada mənimlə görüşməkdə və müharibəyə son qoymaq üçün diplomatik həllər tapmaqda problem yaşamayacaq. Amma o, buraya gələ bilməyəcək, çünki reallıq Putinin dediklərindən çox fərqlidir”, - Zelenski əlavə edib.


Qeyd edək ki, ötən gün Kreml sözçüsü Dmitri Peskov Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərinin tamamən nəzarətə götürülməsi ilə bağlı açıqlama yayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər