Şou biznes

Meladze "VİA Qra"nın bağlanmasından bir il sonra yeni qrup yaradır

04 Jul 2026, 15:48 1 baxış
Meladze "VİA Qra"nın bağlanmasından bir il sonra yeni qrup yaradır
Bəstəkar və prodüser Konstantin Meladze yeni musiqi layihəsini ərsəyə gətirməyə hazırlaşır. Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb. Məlumata görə, Meladzenin yeni kollektivi hazırda yaradılma prosesindədir, lakin gələcək layihənin reallaşacağı məkan isə hələlik açıqlanmır. Bəstəkar Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyadan gedib və o vaxtdan bəri ictimaiyyət qarşısına olduqca nadir hallarda çıxır. Bildirilir ki, Konstantin hazırda İtaliyada yaşayır. Xatırladaq ki, 2025-ci ildə Meladze 25 il fəaliyyət göstərən "VİA Qra" qrupunun fəaliyyətinə xitam vermişdi. Kollektivin oxuduğu sonuncu mahnı isə "Qalileo" olmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər