İdman

Danışılmış oyunlara görə verilən qərar "Qarabağ"a üstünlük qazandırdı

04 Jul 2026, 13:12 1 baxış
Danışılmış oyunlara görə verilən qərar "Qarabağ"a üstünlük qazandırdı
Çexiyanı təmsil edən "Karvina" klubu danışılmış oyunlarda iştirak faktına görə Avropa Liqasından uzaqlaşdırılıb. Oxu.Az xəbər verir ki, bu qərar barədə "Football Meets Data" portalı məlumat paylaşıb. Çexiya komandasının turnirdən kənarlaşdırılması Avropa Liqasının pley-off mərhələsinin püşkatma səbətlərində mühüm dəyişikliklərə səbəb olub. Məhz "Karvina" ilə bağlı verilən bu qərar sayəsində "Qarabağ"ın da yer aldığı cütlük üçüncü təsnifat mərhələsində səpələnmişlər sırasına yüksələ bilib. Nəticədə, Azərbaycan təmsilçisi pley-off mərhələsinin püşkatmasında da səpələnmişlər mövqeyində qərarlaşacaq. Pley-off püşkatması üçüncü təsnifat mərhələsinin qarşılaşmalarından daha öncə təşkil ediləcəyindən, "Reyncers" və "Zaltsburq" klublarının daxil olduğu cütlüklərin də sözügedən püşkatmada iştirak edəcəyi rəsmən dəqiqləşib.
Mənbə oxu.az

Oxşar Xəbərlər