Digər
Tramp: ABŞ heç vaxt kommunist ölkə olmayacaq
ABŞ Prezidenti Donald Tramp ölkəsinin heç vaxt kommunist dövlətə çevrilməyəcəyini bəyan edib. O, vətənpərvərliklə kommunizmin bir araya sığmadığını vurğulayıb.
Axar.az xəbər verir ki, bu barədə Donald Tramp ABŞ-ın Müstəqillik Günü münasibətilə Cənubi Dakotadakı çıxışı zamanı bildirib.
“ABŞ heç vaxt kommunist ölkə olmayacaq. Ya Karl Marksa sadiq ola bilərsiniz, ya da Amerikaya. Ya kommunist ola bilərsiniz, ya da vətənpərvər. Hər ikisi eyni anda mümkün deyil”, - Tramp deyib.
ABŞ lideri ölkədə, o cümlədən yeni gələnlər arasında “kommunist təhlükəsinin yenidən gücləndiyini” də iddia edib.
Mənbə
axar.az