Digər

Baş prokuror Xətai rayonunda vətəndaşların müraciətlərini dinləyib - FOTO

04 Jul 2026, 11:38 1 baxış
Baş prokuror Xətai rayonunda vətəndaşların müraciətlərini dinləyib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 3-də baş prokuror Kamran Əliyev Xətai Rayon Prokurorluğunun inzibati binasında bu rayondan olan vətəndaşları qəbul edib. Qəbulda iştirak edən 48 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
{{gallery}}
Baş prokuror Xətai rayonunda vətəndaşların müraciətlərini dinləyib - FOTO Baş prokuror Xətai rayonunda vətəndaşların müraciətlərini dinləyib - FOTO Baş prokuror Xətai rayonunda vətəndaşların müraciətlərini dinləyib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər