Digər

İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

04 Jul 2026, 11:26 2 baxış
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

İran Hörmüz boğazı ilə bağlı ciddi xəbərdarlıq edib.


Axar.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi X sosial şəbəkəsindəki hesabında yazıb.


“Hörmüz boğazı regiondan kənar güclərin hərbi nümayişi üçün meydan deyil. İran Hörmüz boğazının təhlükəsizliyinə zəmanət verən və məsuliyyətli bir güc olarq bu həssas keçiddə istənilən hərbi hərəkətlə bağlı xəbərdarlıq edir”, - deyə o bildirib.


Nazir müavini əlavə edib ki, Hörmüz boğazının təhlükəsizliyi sahilyanı dövlətlərə aiddir. Gərginlik yaradan tərəflər özləri məsuliyyət daşıyacaqlar. Bu ciddi xəbərdarlıqdır.

Mənbə axar.az

Oxşar Xəbərlər