İdman
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri bəlli oldu
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin bütün cütləri məlum olub. Oxu.Az-ın xəbərinə görə, bu mərhələdə üz-üzə gələcək bütün komandaların adlarına Kolumbiya - Qana oyunundan sonra aydınlıq gəlib. Beləliklə, 1/8 finalda aşağıdakı qarşılaşmalar keçiriləcək: 4 iyul 21:00. Kanada - Mərakeş. 5 iyul 01:00. Paraqvay - Fransa. 6 iyul 00:00. Braziliya - Norveç; 04:00. Meksika - İngiltərə; 23:00. Portuqaliya - İspaniya. 7 iyul 04:00. ABŞ - Belçika; 20:00. Argentina - Misir. 8 iyul 00:00. İsveçrə - Kolumbiya. Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.
Mənbə
oxu.az