İdman

Robotlar meydanda: Cənubi Koreyada humanoidlərin futbol yarışı keçirilib - VİDEO

04 Jul 2026, 08:04 2 baxış
Robotlar meydanda: Cənubi Koreyada humanoidlərin futbol yarışı keçirilib - VİDEO
Cənubi Koreyanın İnçhon şəhərində keçirilən "RoboCup" turnirində humanoid robotlar futbol bacarıqlarını nümayiş etdiriblər. Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Kadrlarda robotların top arxasınca qaçdığı, ötürmələr etdiyi, qapıya zərbələr vurduğu və müdafiə olunduğu görünür. Bəzi epizodlarda onlar yıxılsalar da, getdikcə daha stabil və dəqiq hərəkətlər nümayiş etdirirlər. Oyunlar bir neçə kiçik meydançada eyni vaxtda keçirilib. Yarışda minimal insan müdaxiləsi ilə futbol oynaya bilən robotlar hazırlayan komandalar iştirak ediblər. Hazırda bu robotların hərəkətləri sürət və çeviklik baxımından peşəkar futbolçulardan geri qalsa da, texnologiya sürətlə inkişaf edir. "RoboCup" mühəndislərin robotların tarazlıq, kompüter görməsi və real vaxt rejimində qərarvermə bacarıqlarını sınaqdan keçirdikləri əsas platformalardan biri hesab olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər