İdman

Venesuelada zəlzələ qurbanlarının sayı 2600 nəfəri ötüb

04 Jul 2026, 01:54 1 baxış
Venesuelada zəlzələ qurbanlarının sayı 2600 nəfəri ötüb
İyunun 24-də Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 645 nəfərə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Rabitə Nazirliyi məlumat verib. Nazirliyin məlumatına görə, zəlzələ nəticəsində 12 666 nəfər xəsarət alıb, 15 050 nəfər evsiz qalıb. Təbii fəlakət nəticəsində 189 bina tamamilə dağılıb, 885 bina isə ciddi zədələnib. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 20 909 nəfər xəstəxana və digər tibb müəssisələrində müalicə alıb. Həmçinin zərərçəkmiş 86 117 ailəyə yardım göstərilib, onlara ümumilikdə 9 486 ton ərzaq çatdırılıb. Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə maqnitudası 7.2 və 7.5 olan iki yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 km məsafədə yerləşib.
Mənbə oxu.az

Oxşar Xəbərlər