İdman

Ronaldunun yeni məşqçisi bəlli oldu

03 Jul 2026, 21:36 1 baxış
Ronaldunun yeni məşqçisi bəlli oldu
Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu yeni baş məşqçisinin adını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata görə, avstraliyalı mütəxəssis Angelos Postekoqlu klubla 2 illik müqavilə imzalayıb. O, bu postda portuqaliyalı Jorje Jezuşu əvəz edib. Xatırladaq ki, Jezuş ötən mövsüm komandanı çempionluğa daşısa da, mövsümün sonunda klubdan ayrılmışdı. "Ən-Nəsr" Kriştianu Ronaldunun 2023-cü ildə heyətə qoşulmasından sonra ilk dəfə ölkə çempionluğunu qazanmışdı. Qeyd edək ki, Postekoqlunun son iş yeri İngiltərənin "Nottingem Forest" klubu olub. O, daha əvvəl "Tottenhem", "Seltik", həmçinin Yaponiyanın "Yokohama F.Marinos" və Yunanıstanın "Panahaiki" klublarını çalışdırıb.
Ronaldunun yeni məşqçisi bəlli oldu
Mənbə oxu.az

Oxşar Xəbərlər