Dünya

Niderlandda evtanaziya hallarının sayı dörd dəfədən çox artıb

03 Jul 2026, 19:12 1 baxış
Niderlandda evtanaziya hallarının sayı dörd dəfədən çox artıb
Niderlandda evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrumetmə təcrübəsi) müraciətlərinin sayında son 25 il ərzində dörd dəfədən çox artım qeydə alınıb - 1999-cu ildə bu rəqəm 2 200 təşkil edirdisə, 2024-cü ildə 9 900-ə çatıb. Oxu.Az-ın TASS agentliyinə istinadla yaydığı xəbərə əsasən, bu məlumatlar Neymegen şəhərində yerləşən Radbaud Universitetinin tibb mərkəzinin hazırladığı hesabatda öz əksini tapıb. Tədqiqatın nəticələrinə görə, evtanaziya sayındakı çoxalma bütün yaş kateqoriyalarını əhatə edir. Bu prosedur üçün ən əsas səbəb yenə də onkoloji xəstəliklər olsa da, onların ümumi payı 1999-cu ildəki 90%-dən 2024-cü ildə 54%-ə qədər azalıb. Bununla yanaşı, ağır psixi problemləri, demensiyası və eyni anda bir neçə xəstəliyi olan pasiyentlər arasında könüllü ölüm hallarında artım müşahidə edilir. Bələdiyyələr üzrə baxıldıqda isə hesabat dövründə ən yüksək rəqəmlər Şimali Hollandiya əyalətində, ən aşağı rəqəmlər isə Gelderland, Zelandiya, Overeyssel, Utrext və Cənubi Hollandiya bölgələrində qeydə alınıb. Tədqiqatçıların fikrincə, evtanaziya hallarının artması bir sıra demoqrafik və mədəni faktorlarla bağlıdır. Bura, həmçinin əhalinin yaşlanması və xroniki narahatlıqlardan əziyyət çəkən şəxslərin ömür uzunluğunun artması kimi amillər də daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər