Dünya
Qalibafın müsahibəsi İran dövlət televiziyasında qalmqala səbəb oldu - VİDEO
İranda sərt xətt tərəfdarlarının nəzarətində olan dövlət televiziyası ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibafın əvvəlcədən lentə alınmış müsahibəsini yayım zamanı yarımçıq kəsdikdən sonra ciddi tənqid dalğası ilə üzləşib. Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, bu hadisə geniş ictimai müzakirələrə təkan verən qalmaqala çevrilib. Müsahibə Qalibafın İranla ABŞ arasında imzalanmış anlaşma memorandumuna qarşı radikal mühafizəkarların irəli sürdüyü ittihamlara cavab verdiyi anda kəsilib.
Memorandumun əleyhdarları Qalibafın rəhbərlik etdiyi danışıqlar heyətini İranın dondurulmuş aktivlərinin ABŞ-dən kənd təsərrüfatı məhsullarının idxalı üçün istifadəsinə razılıq verməkdə ittiham edirlər, Qalibaf isə bildirib ki, eyni mexanizm artıq keçmiş prezident İbrahim Rəisinin hakimiyyəti dövründə tətbiq olunub. Müsahibənin ikinci hissəsi yalnız mühafizəkar və islahatçı siyasi dairələrin etirazlarından sonra yayımlanıb. Parlamentin Media Mərkəzi hadisədən dərhal sonra bəyanat yayaraq bildirib ki, müsahibənin tam versiyası efirdən iki saat əvvəl İran Dövlət Teleradio Təşkilatına təqdim olunub. Bəyanatda qeyd olunub ki, efirdən çıxarılan hissədə Qalibaf İranın nüvə obyektlərinin yoxlanılması, dondurulmuş aktivlərin taleyi və memorandumda nəzərdə tutulan 300 milyard dollarlıq bərpa fondu barədə irəli sürülən əsassız iddialara cavab verib.

Mənbə
oxu.az