Dünya

"Ruby Princess" kruiz gəmisində kütləvi norovirusa yoluxma halı qeydə alınıb

03 Jul 2026, 18:44 2 baxış
"Ruby Princess" kruiz gəmisində kütləvi norovirusa yoluxma halı qeydə alınıb
Alyaska və Kanada istiqamətində səfər edən "Ruby Princess" adlı sərnişin laynerində 120 nəfərdən çox adam norovirus infeksiyasına yoluxub. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Guardian" nəşri ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) açıqlamasına istinadən yayıb. "Princess Cruises" şirkətinə məxsus su nəqliyyatı vasitəsi dezinfeksiya tədbirləri üçün San-Fransisko limanında dayandırılıb. Xəstələnənlərin təqribən 100 nəfəri sərnişin, 23 nəfəri isə gəmi heyətinin üzvüdür. Ümumilikdə isə laynerdə 3 032 sərnişin və 1 144 nəfərlik ekipaj üzvü olub. Laynerdə sanitar təhlükəsizlik qaydaları sərtləşdirilib, o cümlədən əlavə dezinfeksiya və təmizlik işləri həyata keçirilib. Xəstəlik əlamətləri daşıyan ekipaj heyəti və sərnişinlər dərhal təcrid olunublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər