İdman

“Qarabağ” müdafiəçi aldı - Rəsmi

03 Jul 2026, 17:33 1 baxış
“Qarabağ” müdafiəçi aldı - Rəsmi

2026/2027-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.


Klubdan Axar.az-a bildirilib ki, Macarıstanın ZTE klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi Ağdam təmsilçisinə transfer olunub.


Macarıstanlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “köhlən atlar”ın formasını geyinəcək.


MTK-nın yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin “Kozarmisleni”də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib.


Qeyd edək ki, Bense Varkonyi yay transfer pəncərəsində “Qarabağ”ın yeddinci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas “Qarabağ”a qoşulub.

Mənbə axar.az

Oxşar Xəbərlər