Dünya

Fransada anomal istilər səbəbindən bir həftədə iki mindən çox insan ölüb

03 Jul 2026, 16:28 1 baxış
Fransada anomal istilər səbəbindən bir həftədə iki mindən çox insan ölüb
Fransada müşahidə olunan anomal istilər nəticəsində son bir həftə ərzində 2 mindən çox vətəndaş həyatını itirib. Oxu.Az xəbər verir ki, bu statistikanı Fransanın səhiyyə naziri Stefani Rist "TF1" kanalına müsahibəsində səsləndirib. Nazirin açıqlamasına əsasən, 22-28 iyun tarixlərində ölkə üzrə təqribən 2 025 ölüm faktı rəsmiləşdirilib. Stefani Rist əlavə edib ki, bu rəqəmlər yalnız bütün sənədlərin 60 faizini əhatə edən elektron ölüm arayışlarına istinadən hazırlanıb. Bu səbəbdən gələcəkdə yekun göstəricilərdə müəyyən dəyişikliklərin edilməsi istisna olunmur. Rist həmçinin qeyd edib ki, son istilər dalğası dövründə ölkədə 45 yaşdan yuxarı vətəndaşlar arasında ölüm hallarında nəzərəçarpacaq artım qeydə alınıb. Digər Avropa ölkələrində olduğu kimi, Fransada da son günlər həddindən artıq yüksək temperatur müşahidə olunur. Dövlətin Milli Meteorologiya Xidməti ən yüksək hava təhlükəsi dərəcəsi elan edib və bu, indiyədək qeydə alınmış ən rekord göstərici hesab olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər