Dünya
Ronaldu Xorvatiya ilə oyunda penalti vurmazdan əvvəl "bismillah" dedi - VİDEO
Futbol üzrə DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində üz-üzə gələn Portuqaliya və Xorvatiya yığmalarının oyunu bir sıra məqamlarla yadda qalıb. Oxu.Az xəbər verir ki, bunlardan biri də Kriştianu Ronaldunun penalti zərbəsini yerinə yetirməzdən əvvəl "bismillah" deməsi olub. Onun "bismillah" dediyi an operatorların diqqətindən yayınmayıb.
Ulduz oyunçunun bu hərəkəti qısa zaman ərzində sosial mediada sürətlə yayılsa da, Ronaldu özü bu barədə hələlik heç bir açıqlama verməyib. Qeyd edək ki, sözügedən oyunda Ramos və Ronaldunun vurduğu qollar sayəsində 2:1 hesablı qələbə qazanan Portuqaliya adını 1/8 finala yazdırıb. Bununla da hücumçu Dünya Çempionatları tarixində pley-off mərhələlərində qol vuran ən yaşlı oyunçu adına sahib olub.

Mənbə
oxu.az