İdman
Riyad Mahrez Əlcəzair millisindəki karyerasını bitirdi
Əlcəzair milli komandasının 35 yaşlı kapitanı Riyad Mahrez yığmadakı karyerasını başa vurub. Oxu.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano məlumat yayıb. Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun futbolçusu 2014-cü ildən etibarən Əlcəzair yığmasının şərəfini qoruyurdu. O, yığmada 119 oyun keçirib və 40 qol vurub. Mahrez millinin heyətində 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi adını qazanıb. Qeyd edək ki, Əlcəzair yığması DÇ-2026-nın 1/16 final mərhələsində İsveçrə komandasına məğlub olaraq (0:2) turnirlə vidalaşıb.
Mənbə
oxu.az